Əsas məzmuna keç

Texniki Servis

Rəsmi Servis Mərkəzi

Qapı və avtomatik sistemlərinizdə yaranan nasazlıqları operativ aradan qaldırırıq.

İNTERDOOR-un planlaşdırılmış texniki xidmət proqramı, qanuna uyğunluq təmin etməkdə sizə kömək edir. Hər bir plan, sağlamlıq və təhlükəsizlik yoxlamaları üçün sübut və təsdiq təqdim etmək məqsədilə, sənədləşdirilmiş hesabatlarla hazırlanır.

24/7
Operativ Mobil Briqada

Bakı və Abşeron üzrə 1 saat ərzində yerində ilkin müdaxilə və diaqnostika.

Orijinal İtaliya & Almaniya Hissələri

Servis Xidməti Göstərdiyimiz Sistemlər

Aşağıdakı bütün məhsul və avtomatika növləri üzrə rəsmi zəmanətli təmir xidməti təklif edirik

Fotosel Şüşə Qapı Servisi

Fotosel şüşə qapıların radarlarının sazlanması və təmiri.

  • Radar sensorlarının dəyişdirilməsi və tənzimlənməsi
  • Sürüşmə kəmərlərinin (remenlər) yenilənməsi
  • Rolik arabacıqlarının və relslərin bərpası
  • İdarəetmə prosessorunun (platanın) təmiri

Seksional Qaraj Qapıları

Seksional qaraj qapılarının yay və tros təmiri.

  • Qırılmış və ya boşalmış yayların (torzion) dəyişimi
  • Qopmuş polad trosların bərpası və balanslaşdırılması
  • Tavan mühərriklərinin təmiri və pultların yazılması
  • Panel və germetik rezinlərin yenilənməsi

Darvaza Motorları (Came, Beninca)

İtaliya istehsalı mühərriklərin mexaniki və elektron təmiri.

  • Yana sürüşən və ikilaylı motorların təmiri
  • Dişli çarxların (şeşteynaların) və reykaların dəyişimi
  • Təhlükəsizlik fotosellərinin və siqnal lampalarının bərpası
  • Yeni pultların və GSM telefon modullarının qoşulması

Avtomatik Jalüz Qapılar

Alüminium və polad jalüzlərin mühərrik və lamel təmiri.

  • Boru tipli (tubular) motorların dəyişdirilməsi
  • Əyilmiş lamellərin və kənarların düzəldilməsi
  • Qəza açma mexanizminin (manuel rejim) təmiri
  • Pult bloklarının və düymələrin quraşdırılması

Şlaqbaum və Baryer Sistemləri

Şlaqbaumların qol dəyişimi və idarəetmə platası təmiri.

  • Qırılmış qolların (baryer oxlarının) yenisi ilə əvəzlənməsi
  • Reduktor və hidravlik mühərriklərin profilaktikası
  • Nömrəoxuma (ANPR) və kartlı keçid sistemlərinin sazlanması
  • Yay mexanizmlərinin yenilənməsi və balanslaşdırma

Sənaye Qapıları & Rampalar

380V sənaye motorları və hidravlik yükləmə rampalarının servisi.

  • 380V şaft mühərriklərinin təmiri və tənzimlənməsi
  • Hidravlik yükləmə rampalarının nasos və yağ baxımı
  • Sürətli PVC rulon qapıların sensor və parça təmiri
  • Korporativ illik texniki servis müqavilələri
Sürətli Müraciət

Online Servis və Usta Çağırışı

Formu doldurun, texniki heyətimiz 10 dəqiqə ərzində sizinlə əlaqə saxlasın.